FRONT RUNNER

n 1. lider (qaçışda, cıdırda); 2. ehtimal edilən namizəd (hər hansı vəzifəyə); ~ for top nomination seçkilərdə prezident vəzifəsinə namizəd

FRONT RANK
FRONTIER
OBASTAN VİKİ
Dino Runner
Dinosaur Game (həmçinin Chrome Dino kimi də bilinir) — "Google" tərəfindən yaradılmış və "Google Chrome" veb-brauzerində quraşdırılmış brauzer oyunu. Oyunçu yönləndirdiyi tirannozavrı soldan sağa qaçırdaraq hərəkət etdirir və daha yüksək nəticə qazanmaq üçün maneələri aşır. Oyun 2014-cü ildə "Chrome UX" komandasının üzvləri tərəfindən yaradılmışdır. == Geympley == İstifadəçi oflayn olduğu vaxt "Google Chrome"da veb-səhifəyə daxil olmağa cəhd etdikdə, brauzer istifadəçiyə internetə qoşulmaması barədə məlumat verir və səhifədə pikselləşdirilmiş tirannozavr təsvir olunur. Oyun space və ya ↑ düymələrinə basmaqla masaüstündə, "Android" və "iOS" mobil əməliyyat sistemlərində dinozavrın üzərində toxunmaqla başladıla bilər. Əlavə olaraq, brauzerin axtarış çubuğuna chrome://dino və ya chrome://network-error/-106 keçidlərini daxil edərək oyuna girmək olar. Oyun zamanı dinozavr dayanmadan ağ-qara səhra mənzərəsi boyunca soldan sağa hərəkət edir, oyunçu hoppanaraq kaktuslardan və ya əyilərək pterozavr kimi qarşıdan gələn maneələrdən qaçmağa çalışır. space, ↑ düymələrini basaraq yaxud mobil cihazlarda dinozavra basmaq vasitəsilə dinozavrın hoppanmasına, ↓ düyməsinə basmaqla isə əyilməsinə nail olunur. Oyun irəllədikcə, yaxud oyunçu dinozavrı hər hansı bir maneəyə vurana qədər oyunun sürəti yavaş-yavaş çoxalır və oyunun başa çatma ehtimalı getdikcə artır. Oyunçu təxmini 700 xala çatdıqdan sonra oyun ağ fonda tünd qrafikadan qara fonda boz qrafikaya keçir, gündüzdən gecəyə keçişi təmsil edir, gündüz səma qrafikası da gecə səma qrafikinə çevrilir.
Front Line Defenders
Front Line Defenders və ya The International Foundation for the Protection of Human Rights Defenders (ing. Front Line Defenders "Beynəlxalq İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Fondu") — Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd olunduğu kimi başqalarının insan hüquqlarını məcburi olmadan müdafiə edənlərə dəstək olmaq üçün 2001-ci ildə İrlandiyanın Dublin şəhərində qurulmuş irlandiyalı insan haqları təşkilatıdır. == Tarix == Təşkilat Amnesty İnternational İrlandiyanın keçmiş direktoru Meri Lovlor tərəfindən iş adamı və xeyriyyəçi Denis O'Brayenin 3 milyon dollar ianəsi ilə təsis edilib. Front Line Defenders Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında xüsusi məsləhətçi statusuna və Afrika İnsan və Xalqların Hüquqları Komissiyasında müşahidəçi statusuna malikdir. Fond 2007-ci ildə King Boduin Beynəlxalq İnkişaf Mükafatına və 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Mükafatına layiq görülüb. Front Line Defenders praktiki təhlükəsizlik ehtiyacları, təlim və tədris materialları, sığınacaqlar, şəbəkə imkanları, onların hüquqlarını hökumətlərdən qorumaq üçün hüquqi yardım, bir neçə dildə 24 saatlıq təcili telefon xətti üçün bütün dünyada alıcılara qrantlar verir. Xüsusi şəraitdə bu təşkilat hüquq müdafiəçilərinin daha təhlükəsiz yerlərə köçürülməsinə kömək edə və mümkünsə onların xərclərini ödəyə bilər. == Görkəmli işləri == 2021-ci ilin oktyabrında Front Line Defenders, İsrail tərəfindən qadağan edilmiş insan haqları qruplarına mənsub müxtəlif Fələstin vətəndaşlarının İsrail texnologiya şirkəti NSO Group tərəfindən yaradılmış casus proqramlar tərəfindən hədəf alındığına dair sübutlar üzə çıxardır. == Front Line Defenders mükafatı == Mükafat 2005-ci ildə təsis edilmişdir. Mükafat böyük şəxsi risk altında öz icmalarının hüquqlarının qorunmasına unikal töhfə edənlərə verilir.
T-Rex Runner
Dinosaur Game (həmçinin Chrome Dino kimi də bilinir) — "Google" tərəfindən yaradılmış və "Google Chrome" veb-brauzerində quraşdırılmış brauzer oyunu. Oyunçu yönləndirdiyi tirannozavrı soldan sağa qaçırdaraq hərəkət etdirir və daha yüksək nəticə qazanmaq üçün maneələri aşır. Oyun 2014-cü ildə "Chrome UX" komandasının üzvləri tərəfindən yaradılmışdır. == Geympley == İstifadəçi oflayn olduğu vaxt "Google Chrome"da veb-səhifəyə daxil olmağa cəhd etdikdə, brauzer istifadəçiyə internetə qoşulmaması barədə məlumat verir və səhifədə pikselləşdirilmiş tirannozavr təsvir olunur. Oyun space və ya ↑ düymələrinə basmaqla masaüstündə, "Android" və "iOS" mobil əməliyyat sistemlərində dinozavrın üzərində toxunmaqla başladıla bilər. Əlavə olaraq, brauzerin axtarış çubuğuna chrome://dino və ya chrome://network-error/-106 keçidlərini daxil edərək oyuna girmək olar. Oyun zamanı dinozavr dayanmadan ağ-qara səhra mənzərəsi boyunca soldan sağa hərəkət edir, oyunçu hoppanaraq kaktuslardan və ya əyilərək pterozavr kimi qarşıdan gələn maneələrdən qaçmağa çalışır. space, ↑ düymələrini basaraq yaxud mobil cihazlarda dinozavra basmaq vasitəsilə dinozavrın hoppanmasına, ↓ düyməsinə basmaqla isə əyilməsinə nail olunur. Oyun irəllədikcə, yaxud oyunçu dinozavrı hər hansı bir maneəyə vurana qədər oyunun sürəti yavaş-yavaş çoxalır və oyunun başa çatma ehtimalı getdikcə artır. Oyunçu təxmini 700 xala çatdıqdan sonra oyun ağ fonda tünd qrafikadan qara fonda boz qrafikaya keçir, gündüzdən gecəyə keçişi təmsil edir, gündüz səma qrafikası da gecə səma qrafikinə çevrilir.
Front Mission media məhsullarının siyahısı
Front Mission (フロントミッション, Furonto Misshon) — əvvəllər "Square", daha sonralar isə "Square Enix" tərəfindən yayımlanan strateji rol videooyunları seriyası. Seriyanın ilk oyunu 1995-ci ildə çıxmışdır və sonradan "Square" tərəfindən mənimsənilən bir studiya olan "G-Craft" tərəfindən hazırlanmışdır. "G-Craft" "Front Mission Series: Gun Hazard" ("Omiya Soft"), "Front Mission Evolved" ("Double Helix Games") və "Front Mission 2089: Border of Madness" (h.a.n.d.) oyunları istisna olmaqla digər bütün "Front Mission" oyunlarını istehsal etmişdir. Orijinal oyun yayımlanandan sonra filmlər, manqalar, romanlar, radio şouları və oyuncaqlar da daxil olmaqla bir çox medya məhsulları çıxmağa başlamışdır. Seriyadakı videooyunlar strateji rol videooyunlarından başqa skroll-şuter, real zamanda strategiya və üçüncü şəxs atıcı oyunlarına da böyük təsir göstərdi. Seriyanın əsas hekayəsini yeddi fərqli oyun əhatə edir. Bunlara əlavə olaraq hekayəsi əsas oyunlardakı ilə eyni kainatda və ya altenativ dünyalarda keçən yan məhsul kimi beş əlavə oyun istehsal edilmişdir. "Front Mission" oyununun satılma səbəblərindən ən əsası onun süjet xəttinə sahib olmasıdır. 21-ci və 22-ci əsrlərdə baş verən hadisələr əsasən hərbi münaqişə və güclü millətlərarası birliklərin və onların üzv ölkələri arasındakı siyasi gərginlik haqqındadır. Hər bir "Front Mission" videooyunu özünəməxsus, müstəqil hekayələrdən istifadə etsə də, əslində oyunlar bütün seriyanı əhatə edən daha böyük bir hekayə xəttinə bağlıdır.